Bəzi rayonlarda yollar buz bağlayacaq

14:02 - 27 Yanvar 2022 - ÖLKƏ İÇİ

Yanvarın 28-nə avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, yanvar ayının 28-də gecə və səhər saatlarında Bakı-Şamaxı-Yevlax, Füzuli-Cəbrayıl-Mahmudlu, Quba-Xaçmaz, Qaraməryəm-İsmayıllı-Şəki, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Yevlax-Xocalı-Laçın, Ağdam-Ağdərə, Həkəri-Zəngilan, Gəncə-Daşkəsən, Gəncə-Kəlbəcər-Laçın, Gəncə-Samux, Ağsu-Kürdəmir-Bəhramtəpə, Göyçay-Bərgüşad, Yevlax-Zaqatala, Naxçıvan-Şahbuz magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 200-700 m-dək məhdudlaşacaq.

Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Xəbər xətti