Yasamalda vaqon yanıb

10:20 - 23 Yanvar 2022 - HADİSƏ

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 20 m² olan vaqonun (işçilərin soyunub-geyinməsi üçün istifadə olunur) yanar konstruksiyaları yanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti