Bərdədə 32 yaşlı kişi güllələnib

20:55 - 22 Yanvar 2022 - HADİSƏ

Bərdədə güllələnmə hadisəsi baş verib.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Ləmbəran kəndində qeydə alınıb. 1990-cı ilə təvəllüdü Hüseynov İsrafil Hümbət oğlu odlu silahdan atılmış iki güllə yarası alıb.

Yaralı Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilərək əməliyyat edilib. Xəstəxanadan əldə edilən məlumata görə, yaralının vəziyyəti ağırdır.

Hadisənin baş vermə səbəbi tam olaraq məlum deyil. Faktla bağlı araşdırma başlanıb.

Xəbər xətti