Azərbaycanda futbol məşqçisi dünyasını dəyişdi FOTO

18:22 - 18 Yanvar 2022 - İDMAN

Azərbaycanda futbol məşqçisi Zəfər Hüseynov dünyasını dəyişib.

Böyrək çatışmazlığından əziyyət çəkən mütəxəssis 41 yaşında həyatla vidalaşıb.

O, futbol veteranı Nazim Süleymanovun bacısı oğludur.

Qeyd edək ki, Zəfər Hüseynov müxtəlif vaxtlarda AZAL PFK və “Keşlə”də çalışıb. Onun sonuncu iş yeri “Vətən” Futbol Məktəbi olub.///oxu.az


Xəbər xətti