Hacıqabul sakinlərindən “patı” və heroin aşkarlanıb

16:18 - 16 Yanvar 2022 - HADİSƏ

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri İlqar Babayev və Coşqun Ocaqov saxlanılıblar. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan psixotrop maddə olan metamfetamin və heroin aşkarlanaraq götürülüb. Faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.

Xəbər xətti