Gəncədə 24 yaşlı qadın dəm qazından zəhərlənib

08:42 - 29 Noyabr 2021 - HADİSƏ

Gəncədə qadın zəhərlənib. APA-nın məlumatına görə, hadisə şəhərin Dədə Qorqud küçəsində yerləşən yaşayış evlərin birində qeydə alınıb. 1997-ci il təvəllüdlü Aydan Quliyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, xəstəyə lazımi tibbi yardım göstərilib. Qadının vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, 24 yaşlı qadın yaşadığı evdə dəm qazından zəhərlənib.

Xəbər xətti