Azyaşlının oğurlanmağa cəhd olunması ilə bağlı DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) Bakıda azyaşlı qızın məktəbdən oğurlanmağa cəhd olunması iddialarına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, azyaşlının qaçırılma cəhdi ilə bağlı iddalar nəzarətə götürülüb.

Qeyd edilib ki, bununla bağlı bütün zəruri tədbirlər icra olunur: "Araşdırmanın nəticəsi ilə bağlı məlumat veriləcəkdir".

Qeyd edək ki, hadisə Bakının Sabunçu rayonunda qeydə alınıb. Azyaşlının ailə üzvləri iddia edir ki, naməlum şəxs onu ağ avtomobilə mindirib. Lakin bir neçə yüz metr getdikdən sonra uşaq avtomobildən düşərək qaçıb.

Tarix
25 Noyabr 2021 [10:15]
Müəllif
Üç nöqtə
2021-11-25 10:15:55
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin