Qazax sakinindən odlu silah götürülüb - Foto

Qazax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, Ələddin Əfəndiyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, dindirilmə zamanı saxlanılan şəxs odlu silahı rayon ərazisində gizlətdiyini etiraf edib. Polis əməkdaşları əraziyə baxış zamanı oradan, 1 ədəd “makarov” tipli tapança, həmin tapançaya aid 3 ədəd sandıqca və 21 ədəd patron aşkar edərək götürüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Tarix
27 Oktyabr 2021 [13:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-10-27 13:09:20
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin