Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

15:28 - 18 Sentyabr 2021 - HADİSƏ

Gəncədə yol qəzası baş verib.

Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
“VAZ 21015” və “KİA” markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.///apa

Xəbər xətti