SOCAR İrəvanda: Ermənilər çaş-baş qaldılar -FOTO

15:04 - 7 Avqust 2019 - Xəbər

Ötən gün Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunlarına start verilib.

Azvision.az xəbər verir ki, tur çərçivəsində "Ararat - Ermənistan" və Gürcüstanın "Saburtalo" komandaları qarşılaşıblar. İrəvanın Respublika stadionunda baş tutan görüşdən Gürcüstan çempionu 2-1 hesablı qələbə ilə ayrılıb.

Ermənistan telekanalları matçı canlı yayımlamaqdan imtian ediblər. Məlum olub ki, buna səbəb "Saburtalo"ya SOCAR-ın həm titul, həm də forma sponsorluğu etməsidir. Ermənistan televiziyaları SOCAR-ın abreviaturası və loqotipini göstərməmək üçün belə bir addım atıblar. Bu səbəbdən oyun "Youtube"də yayımlanıb. 


Xəbər xətti