Qəzza zolağında gedən döyüşlər zamanı İsrail ordusu yeni itkilər verib.
Ucnoqta.az xəbər verir ki, ordunun mətbuat xidmətinin məlumatına görə, bu dəfə dörd əsgər həlak olub. Bunlar 401-ci zirehli briqadanın üç çavuşu və hazırda şəxsiyyəti açıqlanmayan daha bir əsgərdir.
Ordu qeyd edib ki, onların hamısı Qəzza zolağının şimalında gedən döyüşlərdə həlak olub.