"Porsche" 1,2 mindən çox avtomobili geri çağırdı

23:31 - 11 Fevral 2019 - Xəbər

"Porsche" şirkəti Rusiyada 1,2 mindən çox avtomobili geri çağırıb.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, qərar avtomobillərdə proqram təminatındakı səhvlə bağlı sükan idarəetməsində qeydə alına biləcək mümkün qüsurlarla əlaqədardır.
Geri çağırılma 15 noyabr 2016-cı ildən 17 dekabr 2018-ci ilədək Rusiyada satılmış "Panamera" modellərinə şamil edilib.

Həmin avtomobillərdə təmir işləri ödənişsiz həyata keçiriləcək.

Xəbər xətti