Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ərəstun Ərəbovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçiirlən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 17 il azadlıqdan məhrum edilib.
İttihama görə, ötən ilin iyul ayında Nəsimi rayonu 3-cü mikrorayon qəsəbəsində Ə.Ərəbov işlədiyi metal qəbulu sexində iş yoldaşı, Bərdə rayonunda müvəqqəti məskunlaşan Laçın rayonundan olan məcburi köçkün 1997-ci il təvəllüdlü Hüseynov Qafar Adıgözəl oğlu arasında mübahisə düşüb. Nəticədə o, iş yoldaşı Q.Hüseynovu küt alətlə vuraraq qətlə yetirib.
Qətlə yetirilən Q.Hüseynov hadisədən 3 gün sonra hərbi xidmətə yola düşəcəkmiş. Ə.Ərəbov daha əvvəl də adam bıçaqladığı üçün məhkumluq həyatı yaşayıb.