Sumqayıt-Bakı elektrik qatarının hərəkətində problem yaranıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) məlumat verilib. Bildirilib ki, Sumqayıt-Bakı marşrutu ilə işləyən, saat 08:00-da Sumqayıt sərnişin stansiyasından yola düşməli olan 6008 №-li elektrik qatarı texniki nasazlıq səbəbindən xəttə çıxmayıb.
Marşrut üzrə işləyən digər qatarlar hərəkət cədvəlinə uyğun olaraq yola salınıb.
Bilet alan sərnişinlərin hamısı növbəti qatarla yola salınıb. Hazırda nasazlığın səbəbləri araşdırılır.