Almaniyanın Reynland-Pfals federal ərazisinin sakini "Eurojackpot" lotereyasında 63,2 milyon avro udub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə lotereya şirkəti məlumat yayıb. Qalibin kim olması barədə ətraflı məlumat verilmir. Yalnız məlumdur ki, onun lotereyasının, beş əsas rəqəmi 5, 8, 21, 24, 26, həmçinin iki əlavə - 4 və 5-dir.