Sellofan torbalara alternativ təklif edilir - Video

22:30 - 8 Fevral 2019 - Xəbər

Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair tədbirlər planı təsdiq edilib.

Tədbirlər planı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir sıra layihələr həyata keçirəcək. Plastik qablara alteranativ olaraq kağız və parça daşıyıcılardan istifadə genişləndiriləcək. Bununla yanaşı kağız və parça daşıyıcıların istehsalı ilə məşğul olan şirkətlərə xüsusi güzəştlərin tətbiq edilməsi nəzərdə tutulur.

Bu yolla sellofan torbalardan istifadə azaldılacaq. Onlara alternativ olaraq kağız və parça daşıyıcılara keçiləcək.
Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair Tədbirlər Planına əsasən yaxın zamanlarda bu tipli məhsulların istifadəsinin minimuma endirilməsi nəzərdə tutulur. Bunun üçün vətəndaşlara alternativ olaraq kağız və parça daşıyıcılar təklif ediləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev deyib ki, tədbirlər planı çərçivəsində beynəlxalq təcrübədən istifadə ediləcək. Mehman Nəbiyev onu da bildirib ki, kağız və parça daşıyıcıların istehsalı ilə məşğul olan şirkətlərə xüsusi güzəştlərin tətbiq edilməsi nəzərdə tutulur.


 

Xəbər xətti