Xalq artistinin oğlundan jurnalistlərə — QADAĞA

14:35 - 8 Fevral 2019 - Xəbər

Xalq artisti Amaliya Pənahovanın qəbirüstü abidəsinin hələ də qoyulmaması barədə yazılan xəbərlər sənətkarın oğlu İlqar Muxtarovun narazılığına səbəb olub.

Ucnoqta.az xəbər verir ki, İ.Muxtarov "Ölkə.Az"-ın əməkdaşı ilə söhbətində bildirib ki, indidən sonra bu barədə yazmağı jurnalistlərə qadağan edir:  "Yalandır, hamısı yalandır. Bilmirəm, kimə maraqlıdır bu məsələ? Bu, etik söhbət deyil, qardaşım. Yazın ki, belə şeylər etikadan kənardır. Bundan sonra heç kimə bu barədə yazmağa icazə vermirəm. O məlumatı haradan götürüb yazıblar?"

Qeyd edək ki, xalq artisti Amaliya Pənahova 8 noyabr 2018-ci ildə vəfat edib.

Xəbər xətti