Bakıda gənc qızın virusdan ölməsi ilə bağlı Rəsmi Açıqlama

12:30 - 8 Fevral 2019 - Xəbər

Nərdanə Şirvan qızı Tağızadənin leptospiroz infeksiyasından dünyasını dəyişməsi aparılan lobarator müayinələrin nəticəsində öz təstiqini tapmayıb.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, bu infeksiya haqqında məlumat daxil olan kimi, nazirlik məsələni xüsusi diqqət altına alıb: "Dərhal mərhumun evində bütün lazımi müayinələr aparılıb. 
Qeyd edək ki, Leptospiroz çox nadir rast gələn bir xəstəlikdir. Bu infeksiya xəstə heyvanların ifrazatları ilə çirklənmiş ətraf mühit vasitəsilə yayılır. İnsandan insana keçmir. Aparılmış epidemioloji araşdırmalar və laborator müayinələr nəticəsində xəstəlik təsdiqini tapmayıb. 
Ölümün əsas səbəbi mərhumun dünyasını dəyişdiyi tibb müəssisəsinin rəyində açıqlanıb". 

Qeyd edək ki, N.Tağızadə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin I kurs tələbəsi olub. O, qəbul imtahanında 600 bal toplamışdı.
 

Xəbər xətti