Rusiyanın xalq artisti sergey Yuriski vəfat edib.
Ucnoqta.az Rusiya KİV-ə istinadən xəbər verir ki, 83 yaşlı xalq artisti hələ dekabr ayında ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, teatrdan onun profilaktika üçün orada olduğunu açıqlamışdılar. Aktyorun ölümünə səbəb qəflətən ürəyinin dayanmasıdır- deyə qızı bildirib.
Qeyd edək ki, Sergey Yuriski “Dərviş Parisi partladır” filmində fransız botanika alimi Müsyo Jordan obrazını canlandırıb.