Tərtərdə qanunsuz ov edənlər saxlanıldı

18:20 - 26 Yanvar 2019 - Xəbər

Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz ov edən şəxslər saxlanılıb.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Tərtər rayonunun Bəyimsarov kəndi ərazisində qanunsuz ov edən kənd sakinləri Zülfəli Abbasov və Habil Cəfərov saxlanılaraq şöbəyə gətirilib. Onlardan müvafiq sənədləri olmayan 2 ədəd 16 kalibrli ov tüfəngləri, 3 ədəd patron və 8 ədəd çöl quşu götürülüb. Z. Abbasov və H. Cəfərov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati protokollar tərtib edilib. 

Xəbər xətti