Bakıda ailə faciəsi: ana və 3 azyaşlı övladı dəm qazından öldü

21:33 - 25 Yanvar 2019 - Xəbər

Ötən  gecə Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən evlərdən birində dəm qazından zəhərlənərək ölən dörd nəfər Neftçalada torpağa tapşırılıb.

Ucnoqta.az Virtualaz.org-a istinadən xəbər verir ki, kirayədə yaşadıqları evdə faciəvi şəkildə ölən 26 yaşlı  Neftçala sakini və onun üç azyaşlı uşağı rayonun Xolqaraqaşlı kəndinə gətirilərək bu gün axşam saatlarında dəfn ediliblər.

Xatırladaq ki, hadisə Neftçala rayonunun Xolqaraqaşlı kənd sakini, Bakıda ustalıq edərək kirayədə yaşayan Sədullla Əsgərovun ailəsində baş verib. 26 yaşlı ana Elmira Əsgərova və onun azyaşlı övladları – 5 yaşlı Əli, 3 yaşlı Fatimə və 1 yaş 6 aylıq Zeynəb faciəli şəkildə dünyasını dəyişən axşam ailənin başçısı S.Əsgərov gecə növbəsində işdə olub.

Xəbər xətti