Gürcüstan Xarici İşlər Nazirliyi Axalkalakidə Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Mixail Avaqyana büstün qoyulmasına münasibət bildirib.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, XİN bəyan edib ki, Gürcüstan və Azərbaycan tərəfi bu məsələni müzakirə edib: “İki ölkə arasında müzakirə olunmayan mövzu yoxdur və bəhs edilən məsələ ilə bağlı səfirlər vasitəsilə informasiya mübadiləsi aparılıb.
Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və ölkələr arasında müzakirə olunmayan məsələ mövcud deyil. Bu, normal ünsiyyət formasıdır və mövzu ətrafında ajiotaj yersizdir”.