"Toyota" 1,3 milyona yaxın avtomobili geri çağırıb

18:46 - 24 Yanvar 2019 - Xəbər

"Toyota" şirkəti ABŞ-da 1,3 milyona yaxın avtomobili geri çağırıb.

Qərar avtomobillərdə Yaponiyanın "Takata" şirkətinin istehsalı olan təhlükəsizlik yastıqlarının dəyişdirilməsi ilə əlaqədardır.

Qeyd olunur ki, "Takata"nın təhlükəsizlik yastıqları qəza zamanı həddən çox böyük qüvvə ilə açıla və sürücünü metal və plastik hissəciklərin zərbəsinə məruz qoya bilər.

Qəzalar zamanı həmin insidentlər nəticəsində 23 nəfərin həlak olduğu, yüzlərlə şəxsin xəsarət aldığı deyilir.trend

Xəbər xətti