"Azərişıq"da kadr dəyişiklikləri olub

14:48 - 24 Yanvar 2019 - Xəbər

"Azərişıq" ASC-nin Bakı regionunun Bağlar Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) rəisi Tahir Əliyev tutduğu vəzifədən azad edilib.

Onun yerinə Rasim Həsənov təyin edilib. Həmçinin, "Azərişıq"ın Texniki departamentinə yeni direktor təyin edilib. Bu vəzifə əvvəllər həmin departamentdə Texniki idarənin rəisi işləmiş Qədir İsmayılova həvalə edilib.

"Azərişıq"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "Report"a açıqlamasında faktı təsdiq edib.report

Xəbər xətti