“AtaTravel” MMC “Daxili turizm” mövzusunda yazı müsabiqəsi keçirir

11:43 - 24 Yanvar 2019 - Xəbər

 “AtaTravel” MMC-nin prioritet istiqamətlərindən biri də daxili turizmin inkişafı və təbliğatıdır.

Şirkət daim daxili turizmlə bağlı yeni-yeni istiqamətlərdə müxtəlif turlar  təşkil edir. “AtaTravel”  MMC-nin  baş  direktoru Vüsal Əliyev bildirir ki, insanın peşəkar fəaliyyətinin uğurlu olmasında yüksək səviyyədə təşkil edilmiş istirahət böyük əhəmiyyət daşıyır.  Bu nöqteyi  nəzərdən  daxili  turizmin insanın həyatında oynadığı  rolun  daha ətraflı araşdırılması məqsədilə  “AtaTravel” MMC  “Daxili  turizm” mövzusunda yazı müsabiqəsini elan  edir. Biz  daxili turizm sahəsində  təcrübəyə malik  olan  gəncləri yazı müsabiqəsində iştirak etməyə dəvət edirik. 
Müsabiqənin şərtlərinə  görə AtaTravel  MMC tərəfindən keçirilən  “Daxili  turizm” mövzusunda müsabiqədə iştirak etmək  başlığı ilə  işıqlanan məqalənin linkini [email protected]  e-mail ünvanına  göndərə bilərlər. 

  Qeyd edək ki, 2011-ci ildə təsis edilmiş “AtaTravel” turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta və viza ilə əlaqədar xidmətlər göstərir.

 

Xəbər xətti