Hadı Rəcəbli: “Azərbaycan intibah dövrünü yaşayır”

11:35 - 24 Yanvar 2019 - Xəbər

“Azərbaycan intibah dövrünü yaşayır. Uğurlarımız olduqca çoxdur və bütün sahələrdə inkişaf var”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadi Rəcəbli deyib. O bildirib ki, Azərbaycan islahatlar aparan və sosial məsələlərlə ciddi məşğul olan ölkələrdən biridir: “Hər bir vətəndaş, vəzifəli adam Azərbaycanda əmin-amanlığı, sabitliyi qorumalıdır. Cəmiyyətdə həmişə problemlər, nöqsanlar ola bilər, biz ona nail olmalıyıq ki, Azərbaycanda bu məsələlər həll edilsin”.report

Xəbər xətti