Azərbaycanlı deputatın oğlu xizək qəzasında həyatını itirdi

22:10 - 23 Yanvar 2019 - Xəbər

Milli Məclisin deputatı Əsabil Qasımovun oğlu faciəli şəkildə dünyasını dəyişib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, deputatın 29 yaşlı oğlu Elçin Qasımov İsveçrədə xizək sürərkən qəzaya düşüb. Hadisə nəticəsində ağır kəllə-beyin travması alan gənc dünyasını dəyişib.
“Qafqazinfo” Əsabil Qasımovla əlaqə saxlayıb. Millət vəkili faktı təsdiqləyib. O, bildirib ki, hadisə bir neçə saat öncə baş verib.

Allah rəhmət eləsin!

Xəbər xətti