Nəhəng göbələklər

20:15 - 23 Yanvar 2019 - MARAQLI

Kiyev vilayətinin Beloçerkovski rayonunda 18 kiloqrama yaxın çəkisi olan nəhəng göbələk aşkarlanıb.Drozdı kəndinin sakinləri meşədən göbələk yığarkən 17,75 kiloqramlıq nəhəng göbələyə rast gəliblər. Ukraynanın Milli Rekordlar Reyestrindən bildiriblər ki, ölkədə bu ağırlıqda və ölçüdə göbələk qeydə alınmayıb. Göbələyin rekordlar kitabına düşməsi üçün müvafiq işlər görülüb.

Türkiyədə də bu çəkidə olmasa da, “ağır çəkili” göbələklərə tez-tez rast gəlinir. Türkiyənin Bursa şəhərinin Orxangazi rayonunda tapılan göbələk hər kəsin təəccüb və marağına səbəb olub. Məsələ burasındadır ki, Emin Uyanık adlı şəxsin meşədən tapdığı göbələyin ağırlığı nə az, nə çox 6 kiloqram 600 qramdır.

Türkiyənin Burdur əyalətində tapılan və ən böyüyü 5 kilo 20 qram ağırlığındakı 5 göbələk də kənd əhalisinin böyük marağına səbəb olub. Göbələk yığmağa çıxan Süleyman Ay adlı şəxs tapdığı nəhəng göbələkləri hamıya göstərib. Ay bildirib ki, illərdir göbələk toplamaqla məşğuldur, amma bu böyüklükdəki göbələklə ilk dəfədir ki, qarşılaşır. Göbələklərin növlərini bilmədiyini söyləyən Ay, göbələk yığan dostlarından da soruşub, ancaq onlar da bu böyüklükdə göbələk görmədiklərini söyləyiblər. Ay, zəhərli ola biləcəyini düşündükləri üçün göbələkləri yemədiklərini, mütəxəssislərin bu göbələk növünü araşdırmasını istədiyini bildirib.
Dənizlinin Baklan yaşayış məntəqəsində isə Bayra Doğru adlı şəxs Beşbarmaq Dağında gəzərkən çox böyüb bir göbələk tapıb. Həddən artıq böyük olan göbələk görənləri heyrətləndirib. Bayram Doğru göbələyin çəkisinin 7 kilo 404 qram olduğunu bildirib. O, tapıntısının şəklini çəkib sosial şəbəkələrdə paylaşdıqdan sonra bişirərək qonşuları ilə birlikdə yeyib.
Polşanın simal-qərbində göbələk yığan kişinin də bəxti gətirib. O, çəkisi üç kilo, diametri isə 40 santimetr olan boletus göbələyi tapıb. Göbələyi tapan deyib ki, ona kələm əlavə edib ondan şorba hazırlayacaq və onu dostları ilə yeyib.
Kanada da iri göbələkləri ilə seçilir. Bu ölkədə 26 kq çekisi olan göbələk tapılıb. Göbələyi 62 yaşlı Kristian Terren adlı sakin tapıb. Göbəbələyi evə aparan yaşlı kişi onunla şəkil çəkdirib, dost-tanışlarına göstərib. Daha sonra o, nəhəng göbələyi qaytararaq meşəyə qoyub. Bu göbələyin dünyanın ən böyük göbələyi olduğu ehtimal edilir.

Xəbər xətti