Sentyabrın 7-də müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə başlayacaq

12:39 - 31 Avqust 2017 - Cəmiyyət

Sentyabrın 7-də Azərbaycanda müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə başlayacaq. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, bu il əlavə yerləşdirmə mərhələsində 4 mindən çox vakansiya elan olunacaq. Bu mərhələdə namizədlərin seçimi 2 gün - sentyabrın 7-8-də həyata keçiriləcək. Sonrakı günlərdə nəticələr elan ediləcək.

Xəbər xətti