Erməni deputatlar Bakıya gəlir

15:25 - 30 Avqust 2017 - Xəbər

Ermənistan parlamentinin “Avronest” PA-dakı nümayəndə heyətinin üzvləri Azərbaycana gələcək.APA-nın “Armenpress”ə istinadən verdiyi məlumata görə, sentyabrın 22-də Bakıda “Avronest” PA-nın Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komissiyasının iclası keçiriləcək.
İclasda Ermənistanın “Avronest” PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan və heyətin üzvü Mane Tandilyan da iştirak edəcəklər.

Xəbər xətti