Partlayışla əlaqədar bağlanan Bakı-Quba yolu açılıb

16:17 - 27 Avqust 2017 - Xəbər

Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin silah-sursat anbarında baş vermiş partlayışla əlaqədar bağlanan Bakı-Quba yolu açılıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, yolda yaranan avtomobil sıxlığı tədricən aradan qalxıb. Xızı rayonu ərazisində yaranmış təhlükə ilə əlaqədar Bakı-Quba avtomobil yolunun 28-ci km-dən, eləcə də həmin yolun Qubadan paytaxt istiqamətində 78-ci km-dən nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılmışdı. DİN BDYPİ qeyd olunanları nəzərə alaraq, sürücülərdən həmin istiqamətlərdə səfərlərini müvəqqəti olaraq təxirə salmalarını xahiş etmişdi.

Xəbər xətti