Hərbi hissədə partlayışla əlaqədar 6 kənd boşaldılıb, Bakı-Quba yolu bağlanıb
11:53 - 27 Avqust 2017 - Xəbər
Azərbaycanın "N" saylı hərbi hissəsinin silah-sursat anbarında baş verən partlayışla əlaqədar əraziyə yaxın 6 kəndin əhalisi təxliyyə edilib.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, təxliyyə partlayış zamanı mərmi qəlpələrinin həmin kəndlərə yayılması ilə bağlı həyata keçirilib.
Həmçinin əraziyə, Xızı, Siyəzən və Şabran rayonlarından 10-dan artıq "təcili yardım" maşını cəlb olunub.
Bakı-Quba yolu bağlanıb.