Məşhur avtomobil şirkəti dörd zavodunu bağlaya bilər - 10 minlərlə ...

14:53 - 9 İyul 2026 - AVTO

Alman avtomobil nəhəngi Volkswagen (VW) rəhbərliyi Almaniyadakı dörd zavodda istehsalın dayandırılması ehtimalını müzakirə edir.

Ucnoqta.az bildirir ki, bu barədə Der Spiegel jurnalı şirkətin müşahidə şurasındakı mənbələrə istinadən məlumat verib.

İstehsalın 2031-ci ildə "Zwickau" və "Emden" zavodlarında, 2032-ci ildə "Hanover" zavodunda və 2034-cü ildə "VW"nin törəmə şirkəti "Audi"nin "Neckarsulm" zavodunda dayandırılması planlaşdırılır. Bu zavodlarda təxminən 40.000 nəfər işləyir. Bundan əlavə, VW 2030-cu ilə qədər təxminən 50.000 iş yerini ixtisar etməyi planlaşdırır.

VW rəhbərliyi beləliklə, öz xərclərini azaltmaq proqramını sərtləşdirir. Almaniyada istehsal olunan modellərin gələcəkdə Şərqi Avropa ölkələrində, xüsusən də Macarıstan və Slovakiyada istehsalı planlaşdırılır.

Şirkətin planlarına görə, Almaniya istehsal sahələrindən başqa məqsədlər üçün istifadə ediləcək. Onların müdafiə şirkətlərinə satışı istisna edilə bilməz.

İyun ayının sonunda "Manager Magazin" iqtisadi jurnalı Volkswagen-in yaxın illərdə dünya üzrə 100.000 iş yerini ixtisar etməyi planlaşdırdığını bildirib.

Xəbər xətti