Si Cinpin Trampı təbrik etdi

11:29 - 6 İyul 2026 - DÜNYA

Çin prezidenti Si Cinpin ABŞ prezidenti Donald Trampa ABŞ müstəqilliyinin 250 illiyi münasibətilə təbrik mesajı göndərib.

Ucnoqta.az bildirir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq məlumat verib.

"Bu il ABŞ müstəqilliyinin 250 illiyi qeyd olunur. Prezident Si Cinpin Çin hökuməti və xalqı adından artıq ABŞ prezidenti [Donald] Trampa təbrik teleqramı göndərib", - deyə o, brifinqdə bildirib.

Xəbər xətti