TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu vəzifəsindən ayrılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
Bildirib ki, öz təşəbbüsü ilə TƏBİB-dəki fəaliyyətinə son verib.
"Bu gündən etibarən öz təşəbbüsümlə TƏBİB-dəki işimdən ayrılıram", – deyə paylaşımda qeyd olunub.