İran neftini 20% daha yüksək qiymətə satmağa başlayıb

00:11 - 1 İyul 2026 - DÜNYA

ABŞ-ın İran nefti və onun törəmələrinə qarşı sanksiyalarının qaldırılmasından sonra İran enerji resurslarını ABŞ ilə münaqişədən əvvəlkindən 20% daha yüksək qiymətə ixrac etməyə başlayıb.

Ucnoqta.az xəbər verir ki, bunu İslam Respublikası Məclisinin (Parlament) sədri Məhəmməd Bağır Qalibaf İranın dövlət televiziyasına verdiyi müsahibədə bildirib.

"Bəziləri sanksiyaların qaldırılmasının xəyal olduğunu deyirdilər. Lakin sanksiyalar qaldırıldı və indi İran nefti 20% daha yüksək qiymətə satılır və əldə edilən gəlir hesablara köçürülür", - deyə o, qeyd edib.

Xəbər xətti