Türkiyənin Niğde əyalətindəki fişəng fabrikində baş verən partlayışda bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Ucnoqta.az xəbər evrir ki, bu barədə bölgənin valisi Nedim Akmeşe NTV-də bildirib.
O, həmçinin bildirib ki, oxşar obyektlərdə xüsusi təhlükəsizlik tədbirləri görülüb və istehsalat müxtəlif zonalarda yerləşir. Kanalın məlumatına görə, yanğın artıq söndürülüb.
Fabrik özəl şirkətə məxsusdur. 2018-ci ilin yanvar ayında eyni zavodda baş verən partlayışda iki nəfər həlak olub.