Türkiyədə 8 il əvvəl partlayış baş verən fabrikdə növbəti partlayış

19:47 - 26 İyun 2026 - DÜNYA

Türkiyənin Niğde əyalətindəki fişəng fabrikində baş verən partlayışda bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Ucnoqta.az xəbər evrir ki, bu barədə bölgənin valisi Nedim Akmeşe NTV-də bildirib.

O, həmçinin bildirib ki, oxşar obyektlərdə xüsusi təhlükəsizlik tədbirləri görülüb və istehsalat müxtəlif zonalarda yerləşir.  Kanalın məlumatına görə, yanğın artıq söndürülüb.

Fabrik özəl şirkətə məxsusdur. 2018-ci ilin yanvar ayında eyni zavodda baş verən partlayışda iki nəfər həlak olub.

Xəbər xətti