Laçında hərbçilərin yürüşü keçirilib

13:00 - 26 İyun 2026 - Xəbər

İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Laçın şəhərində hərbçilərin yürüşü keçirilib.

Ucnoqta.az xəbər verir ki, hərbi yürüş Laçın şəhər mərkəzində yerləşən Bayraq meydanından başlayıb. Azərbaycan Ordusunun hərbi qulluqçuları hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən olunan marşrutlar üzrə yürüş edib. Vətəndaşlar hərbçilərin yürüşünü sevinc və qürur hissi ilə izləyiblər.

Xəbər xətti