ABŞ Çin ilə tarif danışıqlarının yeni mərhələsini keçirəcək - Bessent

16:05 - 12 May 2025 - İQTİSADİYYAT

ABŞ nümayəndə heyəti həftələr ərzində çinli həmkarları ilə ticarət siyasəti ilə bağlı növbəti danışıqlar raundunu keçirəcək.

Ucnoqta.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent deyib.

“Gözləyərdim ki, yaxın bir neçə həftə ərzində biz daha əhatəli saziş üzərində işə başlamaq üçün yenidən görüşəcəyik”, o, CNBC telekanalına müsahibəsində bildirib.

Nazir onu da qeyd edib ki, belə bir görüşün yeri və onun təfərrüatları hələ müəyyən edilməyib.

Xəbər xətti