“Bakı Şərab-2” ASC-nin növbəti illik ümumi yığıncağı keçiriləcək

10:17 - 12 May 2025 - Xəbər

“Bakı Şərab-2” ASC-nin səhmdarına!
                 ELAN

2025-ci il 20 iyun   saat 12.00-da  Bakı şəhəri, A.Hacıyev küçəsi 136, ünvanda yerləşən “Bakı Şərab-2” ASC-nin səhmdarlarının 2024-cü ilin yekunlarına həsr olunan növbəti illik ümumi yığıncağı keçiriləcəkdir. 
Yığıncağın gündəliyi:
1.”Bakı Şərab-2” ASC-nin 2024-cü ildə normal fəaliyyət göstərməsinə mane olan səbəblər və yüksək mənfəət əldə edə bilməməsi haqqında səhmdarların məlumatlandırılması.
2.Cəmiyyətin idarə heyətinin illik hesabatı.
3.Cəmiyyətin müşahidə şurasının illik fəaliyyətinin hesabatı.
4. 2024-cü ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə maliyyə təftiş komissiyasının hesabatı.
5. Cəmiyyətin illik hesabatlarının və 2024-ci il üzrə müəsisə balansının təsdiqi.
6. Təşkilati məsələlər.

Qeyd; səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla əyani surətdə hər bir səhmdar tanış ola bilər.

İdarə Heyətinin Sədri                                             R.A.Hüseynov 

Xəbər xətti