Gəncədə yaşayış binasında partlayış olub

13:26 - 12 May 2025 - ÖLKƏ İÇİ

Gəncə şəhərində yaşayış binasında partlayış baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə şəhərin Fikrət Əmirov küçəsində yerləşən binaların birində qeydə alınıb.

Yaşayış binasında mənzillərin birində baş vermiş partlayış nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti