"Barselona"nın baş məşqçisi Hans Flik İspaniya çempionatının 35-ci turunda "Real" üzərində qazanılan qələbəni şərh edib.
Ucnoqta.az xəbər verir ki, onun sözlərini Marca nəşri yazıb.
Mütəxəssis komandanın 0:2-dən sonra toparlanmağı bacardığını vurğulayıb. “Bunun öhdəsindən gəlmək asan deyildi, amma biz bunu bacardıq. Mən ürəyimi yoxlatmalıyam" - təcrübəli məşqçi deyib.