Şəhid Elmaz Hacıyev küçəsinin təmiri yekunlaşmaq üzrədir - VİDEO

09:03 - 12 May 2025 - Cəmiyyət

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İnvestisiya Proqramına uyğun olaraq, Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində şəhid Elmaz Hacıyevin adını daşıyan küçədə apardığı təmir işlərini yekunlaşdırmaq üzrədir. 

Ucnoqta.az agentliyə istinadən xəbər verir ki, küçənin uzunluğu 620, hərəkət hissəsinin eni 6 metrdir.

Təmir çərçivəsində küçədə zəruri yerlərdə yararsız qruntun çıxarılması, əks-dolğu işlərinin icrası ilə küçənin profilə salınması işləri aparılıb. Hazırda son mərhələdə olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilir. 


Xəbər xətti