Rusiyada nazir saxlanıldı

07:55 - 12 May 2025 - DÜNYA

RF Buryatiya respublikasının nəqliyyat, energetika və yol təsərrüfatının inkişafı naziri Aleksandr Qoqe korrupsiya ittihamı ilə saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə regional hökumət məlumat yayıb.

Respublika hökuməti sədrinin müavini Vyaçeslav Suxorukov nazirin həbsinin gözlənildiyini və Buryatiya hökuməti bu işlə bağlı hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə olduğunu deyib.

Qoqe 2021-ci ilin martında Buryatiyanın nəqliyyat, energetika və yolların inkişafı naziri təyin edilib. Bundan əvvəl o, Rosavtodorun "Cənubi Baykal" Federal Avtomobil Yolları Administrasiyası rəhbərinin müavini vəzifəsini tutub.

Xəbər xətti