Uitkoff İsrailə gəldi

14:29 - 12 May 2025 - DÜNYA

ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff Qəzza zolağında girov götürülən yəhudi və ABŞ vətəndaşı İdan Aleksandrın gözlənilən azad edilməsi ərəfəsində İsrailə gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.

Məlumata görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi İsrailin baş naziri Benyamin Netanyahu ilə görüş təyin edib.
Bundan əlavə, Uitkoff girovluqdan azad edildikdən sonra Aleksandr və onun ailə üzvləri ilə görüşməyi planlaşdırır.

Xəbər xətti