ABŞ və Çin razılaşdı

04:52 - 12 May 2025 - İQTİSADİYYAT

Çin Baş nazirinin müavini He Lifeng və ABŞ-ın maliyyə naziri Skott Bessent İsveçrədəki danışıqlardan sonra ticarət və iqtisadi məsləhətləşmələr mexanizminin yaradılması barədə razılığa gəliblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Agentlik xəbər verir ki, Çin və ABŞ tezliklə müvafiq detallar barədə razılığa gələcək və danışıqlardan sonra mayın 12-də birgə bəyanat dərc edəcək. He Lifengin sözlərinə görə, mayın 10-11-də keçirilən danışıqlar səmimi, dərin və konstruktiv olub və hər iki tərəf mühüm konsensusa nail olub və əsaslı irəliləyiş əldə edib. 

Xəbər xətti