Kiyevə silah tədarükünün dayandırılması Ukraynada “istəyənlər koalisiyası”nın təklif etdiyi 30 günlük atəşkəsə daxil deyil. Bunu Fransa prezidenti Emmanuel Makron Kiyevdə Avropa liderləri və Volodimir Zelenski ilə danışıqlardan əvvəl deyib
Ucnoqta.az xəbər verir ki, çıxış Yelisey sarayının səhifəsində X-də dərc edilib.
“Biz hər hansı güzəştə getmək imkanını qətiyyətlə rədd edirik. Heç bir ilkin şərt: müdafiə və müqavimət üçün silah tədarükü dayandırılmamalı, heç bir danışıqlara qərəz qoyulmamalıdır" - Makron bildirib.
O, bir daha Rusiya Federasiyasına qarşı yeni sanksiyalar tətbiq etməklə hədələyib.
"Rusiya bununla razılaşmasa, əlavə sanksiyalar və Ukraynaya əlavə dəstək veriləcək. Biz digərlərindən fərqlənməli olan yeni sanksiyalar paketi hazırlamalıyıq. Ola bilsin ki, yaxın günlərdə bunu nəzərdən keçirək", - Makron bildirib.