İki nəfər pomidordan zəhərləndi

19:48 - 8 May 2025 - ÖLKƏ İÇİ

Ağsuda iki nəfər zəhərlənib.

Ucnoqta.az xəbər verir ki, Ağsunun Daşdəmirbəyli kənd sakinləri - 1989-cu il təvəllüdlü Nizami Bağırov və 1986-ci il təvəllüdlü Rza Babaşov zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

İlkin ehtimala görə, onlar pomidordan zəhərləniblər. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Xəbər xətti