2024-cü il Olimpiadasının mükafatçısı qatar və avtomobilin iştirakı ilə baş verən yol qəzasında dünyasını dəyişib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fransanın “La Depeche” qəzeti məlumat yayıb. Bildirilir ki, Fici və Fransanın "Kastres" klubunun reqbiçisi Hosaya Raisuke məşqə gedərkən dəmiryol keçidində yol qəzası keçirərək dünyasını dəyişib.
30 yaşlı idmançının avtomobili dəmiryol keçidində qatarla toqquşub, bundan sonra avtomobil təxminən 200 metr sürüklənib. Raisuke hadisə yerində dünyasını dəyişib.
Araşdırma aparılır.